2 nəfər Kürdə batdı

Sabirabad rayonunun iki sakini Kür çayında çimərkən suda boğulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 27-də Sabirabad rayonu Şıxsalahlı kəndində kənd sakinləri Etibar Nuriyev və Tərlan Nərimanov Kür çayında çimərkən suda boğulublar. Onların meyitlərinin sudan çıxarılması üçün tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə