Gömrükdən narkotik vasitə və telefon keçirmək istədi

Gömrükdən narkotik vasitə və telefon keçirmək istədi

Gömrükçülər Balakəndə narkotik vasitə və telefonlar aşkar ediblər. Dövlət Gömrük Komitəsindən (DGK) SİA-ya verilən məlumata görə, Balakən Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan vətəndaşı Sahib Bayramovun idarə etdiyi "Lexus ES350" markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin salonunda - arxa oturacağın söykənəcəyinin arxasından xalis çəkisi təxminən 922 qram olan narkotik vasitə - marixuana, bundan başqa, 8 ədəd "Nokia XL", 3 ədəd "Samsung GT-S7562", 2 ədəd "Samsung GT-S7582, 2 ədəd "Samsung GT-S7272" markalı mobil telefonlar aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə