Tovuzda yük və minik avtomobili toqquşdu sürücü öldü

Tovuzda yük və minik avtomobili toqquşdu sürücü öldü

Tovuzda yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, avqustun 27-də Bakı-Qazax younun 430-cu kilometrliyində, Tovuz rayonu ərazisində vətəndaşlara məxsus "Kamaz" markalı yük abtomobili və "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mitsubishi" markalı minik avtomobilinin sahibi aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər meyiti deformasiyaya uğramış minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq saat 23:00-da aidiyyətı üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə