Həkimlər yeni bir möcüzəyə imza atdı 18+ FOTOLAR

Armatur alnının sağ tərəfindən girərək, çənəsinin sol tərəfindən çıxdı
Həkimlər yeni bir möcüzəyə imza atdı 18+ FOTOLAR

Çində həkimlər yeni bir möcüzəyə imza atıblar. Guansi əyalətindən olan və cənab Ho adı ilə tanıdılan şəxs evinin denmontajı ilə məşğul olarkən yuxarıdan düşən ağır bir metal alnını sağ tərəfindən girərək, çənəsinin sol tərəfindən çıxır. Dərhal hadisə yerinə təcili yardım çağırılır. Həkimlər onu bu halda təcili yardıma mindirməyə çəkindiklərindən FHN mütəxəssisləri işə cəlb olunur. Onların müdaxiləsi ilə 50 yaşlarında olan fəhlə dərhal xəstəxanaya çatdırılır. Tibb işçiləri ağır travmadan sonra yalanının nəinki salamat, hətta huşunun başında olduğunu biləndə dəhşətə gəlirlər.

Həkimlər uğurlu əməliyyatdan sonra onun həyatını xilas edə bilirlər. Artıq onun həyatı üçün heç bir təhlükə qalmadığını bildirilir.

Qeyd edək ki, armatur cənab Honun alnının sol tərəfindən girsəydi, bu ağır travma və ya ölümlə nəticələnə bilərdi.

Bütün xəbərlər Facebook səhifəmizdə