Polisdən qaçan ekstremal oğrunun faciəvi sonluğu

Polisdən qaçan ekstremal oğrunun faciəvi sonluğu

Rusiyanın Krasnoyar vilayətində dəhşətli hadisə baş verib. Belə ki, doqquz mərtəbəli binanın damından qonşu beş mərtəbəli binanın damına naqillərlə keçmək istəyən oğru-ekstremal faciəvi şəkildə həlak olub. Bağladığı dəsmalla naqildən sallaşan oğru çox az məsafə qət edə bilib. Bundan sonra onun əli buraxılıb və o, yerə çırpılıb. Faciə nəticəsində onun başının və sağ qolunun bədənindən ayrıldığı bildirilir.

Hadisəni qonşu binadan olan sakin mobil telefonuna çəkib.

Hüquqmühafizə orqanları üzərində sənədləri olduğu üçün onun kimliyini dərhal müəyyənləşdirirlər. Məlum olub ki, ekstremal oğru Zelenoqrsk şəhərində əvvəllər məhkum olmuş işsiz sakindir. Operativlər hazırda onun bu cür risqli addımının səbəbini araşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə