Uşaq poliklinikasında oğurluq

Bakıda oğurluq hadisəsi baş verib. Xətai Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata hadisə 9 nömrəli Uşaq Poliklinikasında qeydə alınıb. Həmin poliklinikada tibb bacısı işləyən Bakı şəhər sakini Qalina Simakovanın içərisində 35 manatı və mənzilinin açarları olan pul kisəsi çantasından oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Sumqayıt şəhər sakini Əhməd Yəhyayev tutulub və ondan 6,59 qram marixuana götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə