Evindən tüfəng çıxdı

Daşkəsəndə şübhəli şəxs qismində saxlanılmış evindən tüfəng aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Daşkəsən rayon sakini Xəqani Abdullayevin ölümü ilə əlaqədar avqustun 24-də Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış İman Hüseynovun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan "Karabin" markalı nömrəsiz tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə