Ağır yol qəzası 2 ölü,2 yaralı

Ağır yol qəzası 2 ölü,2 yaralı

Ağcabədi rayonunda "Chevrolet" və "VAZ-2109" markalı avtomobillər toqquşub, iki nəfər ölüb, iki nəfər yaralanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 25-də saat 08 radələrində Ağcabədi rayonu Qaradolaq kəndində Rusiya Federasiyası vətəndaşı Elşən Quliyevin idarə etdiyi "Chevrolet" və Saatlı rayon sakini Raul Qarayevin idarə etdiyi "VAZ-2109" markalı avtomobillər toqquşub.

R.Qarayevin sərnişinləri - Beyləqan rayon sakinləri Ramil İbadlı və Amid İsmayılov hadisə yerində ölüb, özü, habelə E.Quliyevin iki sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə