"Hirkan" dövlət qoruğunun ərazisində daha bir yanğın

"Hirkan" dövlət qoruğunun ərazisində daha bir yanğın

Lənkəranda "Hirkan" dövlət qoruğunun ərazisində daha bir yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində, rayon mərkəzindən 18 km aralıda, "Hirkan" dövlət qoruğunun ərazisində 0,5 ha sahədə kol-kos və müxtəlif ağaclar yanıb.

Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, avqust ayı ərazində adıçəkilən qoruqda bir neçə dəfə yanğın hadisəsi baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə