Lənkəranda vətəndaşların etibarından istifadə edərək,onları aldatma yolu ilə pul əldə edən Sumqayıt şəhər sakini saxlanılıb. SİA-nın Cənub bürosunun erdiyi məlumata görə, hadisə Lənkəranın Kolxoz bazarında baş verib. Belə ki, bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan Lənkəran rayonunun Xolmili kənd sakini Xəlilova Mahirə Həsən qızına iki nəfər şəxs yaxınlaşaraq əlindəki kompüter hissələrinin bahalı avadanlıq olduğunu deyərək ondan 150 manat pul alaraq bazardan uzqlaşıblar. Daha sonra aldadıldığını görən Mahirə Xəlilova Lənkəran Şəhər Rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxslərin onun 150 manat pulunu mənimsədiklərini bildirib.
Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin dələduzluq hadisəsini Sumqayıt şəhər Əzizbəyov küçəsi 29-cu məhəllədə yaşayan əvvəllər dəfələrlə məhkum edilmiş və hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 12 saylı Məntqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən 52 yaşlı Nuriyev Hüseyn Çalpapaq oğlu və onun tanışı istintaqa məlum olmayan Məmməd adlı şəxslə birlikdə törədib. Məmməd adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əmliyyat axtarış tədbirləri davam etdirilir. Hüseyn Nuriyev saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırmalar zamanı həmçinin oda müəyyən edilib ki, həmin şəxslər respublikanın müxtəlif şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq əməlləri törədərək xeyli sayda pulunu mənimsəyiblər. Nuriyev Hüseynin aldatdığlı şəxslərdən xahiş olunur ki, Lənkəran Şəhər rayon Polis Şöbəsinə müraciət etsinlər.
Faktla bağlı LŞRP şöbəsində araşdırmalar davam etdirilir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB