DİN ata və anasını bıçaqlayan şəxslə bağlı məlumat yaydı

DİN ata və anasını bıçaqlayan şəxslə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi ötən gün Tərtər rayonunda baş verən dəhşətli hadisə barədə məlumat yayıb. SİA-nın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bayandur kəndində kənd sakini, ruhi xəstə Arzuman Vəliyev münaqişə zəminində atası Rasimə və anası Gülgəzə bıçaqla xəsarət yetirib.

Ağır yaralanan Rasim Vəliyev xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyib. Tərtər rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A. Vəliyev tutulub və faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə