Bakıda mağazadan oğurluğa cəıhd edən şəxs tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 24-də Səbail rayonu ərazisində yerləşən "Komputerx" mağazasından 1 ədəd noutbuku oğurlamağa cəhd göstərən naməlum şəxs oranın sahibi Əhməd Nacizi ilə rastlaşdığından tapança ilə onu hədələyərək, hadisə yerini tərk edib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Ramil Həsənov tutulub. Ondan qaz tapançası və 6 ədəd patron götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB