İstirahət günləri Azərbaycanda baş vermiş yol qəzalarında 9 nəfər ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 23-də Azərbaycanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Avqustun 24-də isə Azərbaycanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB