Yük maşını aşdı yaralı var

Xəzər rayonunda SHACMAN markalı yük maşını aşıb. Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsində baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Fariz Əli oğlu Şirəliyevin idarə etdiyi 90 UZ 484 dövlət nömrə nişanlı ŞHACMAN markalı yüş maşını idarəetməni itirərək yol kənarındakı dəmir çəpərə çırpılıb. Zərbənin təsirindən yük maşını aşıb. Xəsarət alan F. Şirəliyevə elə hadisə yerindəcə tibbi yardım göstərilib.

İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb yüksək sürət olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə