ABŞ-ın Kaliforniya ştatında güclü zəlzələ olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 6 bal gücündə baş vermiş zəlzələ nəticəsində 90 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.
ABŞ-ın Geoloji Araşdırma Mərkəzi verdiyi açıqlamada 10,7 kilometr dərinlikdə baş verən zəlzələnin episentrinin Nepa şəhərindən 9 kilometr cənubda qeydə alındığını bildirib.Zəlzələnin yerli saatla 03:20 -də baş verdiyi vurğulanır.
Hadisədən sonra açıqlama verən Nepa şəhərinin Xilasetmə Təşkilatının rəisi John Callanan hadisədən sonra şəhərdə 6 yanğın hadisəsinin baş verdiyini bildirib. Onun sözlərinə görə, yanğınların qarşısı tezliklə alınıb. Yanğın səbəbindən bölgədə fövqəladə vəziyyət elan olunub.
Məlumat üçün bildirək ki, yanğın nəticəsində yaralananlar dərhal xəstəxanaya yerləşdirilib. Dağıntılar altında qalanların axtarışları yekunlaşıb. Zərərçəkənlərdən 1-i uşaqdır. Nepa şəhərində 3 tarixi binaya ziyan dəyib. Ümumilikdə zəlzələ və yanğın nəticəsində dəyən zərər hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB