Bakıda avtomobil 21 yaşlı piyadanı vuraraq öldürüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 24-ü saat 15:40 radələrində Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1960-cı il təvəllüdlü Elşad Quliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada, 1993-cü il təvəllüdlü Vasif Rəhimovu vurub. 21 yaşlı gənc aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB