Ağır yol qəzası 2 nəfər öldü

Ağır yol qəzası 2 nəfər öldü

Ağcəbədidə ağır yol qəzası baş verib, iki nəfər ölüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə dərhal FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ" markalı minik avtomobilin sürücüsü yaralı, 2 nəfər sərnişini isə qəza nəzticəsində vəfat edərək deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü və 2 nəfər sərnişinin cəsədini avtomobildən çıxarmış, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:31-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə