Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən ölkəmizə istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən, dövriyyəsi qadağan edilən soyuq silahlar gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Azərbaycana İstanbul-Bakı, Antalya-Bakı, Bodrum-Bakı, Burqas-Bakı və Moskva-Bakı aviareysləri ilə gələn vətəndaşlardan metaldan hazırlanmış soyuq silahlar, o cümlədən, 4 ədəd "beşbarmaq" və 4 ədəd dəyənək götürülüb.
Ümumilikdə səkkiz belə fakt aşkar edilib və bununla bağlı təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB