16 yaşında oğru oldu

Bakıda oğurluq hadisəsi törədən 16 yaşlı oğlan saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Rəşad Abdullayevə, Ümüdvar Əlizadəyə məxsus mağazalardan, habelə Ceyhun Hacızadəyə məxsus aptekdən pul, ərzaq məhsulları və danışıq kartları oğurlayan Bakı şəhər sakini olan 16 yaşlı oğlan - F.M. tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə