Yanacaq daşıyan maşın aşdı yanğın oldu

Yanacaq daşıyan maşın aşdı yanğın oldu

Bakıda yanacaq daşıyan maşın aşıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Yasamal rayonunda "Mercedes" markalı yük avtomobinə qoşulmuş tutumu 40 ton olan yanacaq çəninin qəzaya uğraması nəticəsində yolun kənarına aşıb.

Yanğın nəticəsində yük avtomobilinin yanar hissəsləri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə