Gün ərzində 71 cinayət faktı qeydə alınıb

Gün ərzində 71 cinayət faktı qeydə alınıb

Avqustun 21-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 71 cinayət faktından 44-nün üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 10 yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 29 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə