Bu gün səhər saatlarında Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində qeydə alınıb. Naməlum avtomaşın həmin kənd sakini,1984-cü il təvəllüdlü Əliyeva Zülfiyyə Cavanşir qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Lənkəran şəhər polis şöbəsində cinayət işi başlanıb. Hadisəni törədən sürücünün tapılması istiqamətində tədbirləri aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB