3 nəfər liftdə qaldı FHN xilas etdi

3 nəfər liftdə qaldı FHN xilas etdi

Bakının Xətai rayonunda ötən gecə doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 1-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə