Sabiq polis mayoru qəzaya düşdü

Sabiq polis mayoru qəzaya düşdü

Azərbaycanda sabiq polis ağır yol qəzası törədib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 20-də saat 07 radələrində Ağdaş rayonunun Abad kəndində qeydə alınıb. Bakı şəhər sakini Müşfiq Cəfərov idarə etdiyi "Hyundai" markalı avtomobili kanala aşırıb və o aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, qəzada dünyasını dəyişən M. Cəfərov sabiq polis mayorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə