Bakıda insident

Bakıda insident olub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 15-də Bakı şəhər sakini Kamil Abdullayevin döyülməsi və ona məxsus marketdə qaz tapançasından atəş açılması barədə verilmiş məlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Cavidan Cəbrayılzadə və qardaşı Kamran tutulub.

C. Cəbrayılzadədən "Umarex" markalı qaz tapançası götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə