Bakıda 27 yaşlı qız yaşadığı binadan yıxılaraq, dünyasını dəyişib. SİA-nın xəbərinə görə, Xətai rayon Prokurorluğundan verilən məlumatda bildirilir ki, hadisə Əhmədli qəsəbəsində fəaliyyət göstərən kafelərin birinin yanında baş verib. Belə ki, gecə saat 01:30 radələrində 1987-ci il təvəllüdlü Qəmər Hacıyeva yaşadığı binanın eyvanından yıxılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumatlarda qızın intihar məqsədilə özünü atdığı deyilir.
Hazırda faktla bağlı araşdırma aparılır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB