Ötən gün saat 15:30 radələrində Bakının Səbail rayonu ərazisində ehtiyatsızlıqdan faciəvi hadisə baş verib. Səbail rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə yeni inşa olunan 8 mərtəbəli yaşayış binasında baş verib. Belə ki, həmin binanın tikintisində işləyən 19 yaşlı Pünhan Müslüm oğlu Musayev 5-ci mərtəbədən yıxılıb. Gənc hadisə yerində ölüb. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB