Bakıda oğurluqla məşğul olan azyaşlı uşaq tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də Variant Qarayevin 600 manatını oğurlayan şəxsin Bakı şəhər sakini, 12 yaşlı Z.A. olması müəyyən edilib və o saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB