Sirkə turşusundan öldü

Bakıda zəhərlənmədən ölüm faktı qeydə alınıb. SİA-nın xəbərinə görə, Suraxanı rayon Polis İdarəsindən verilən məlumatda bildirilir ki, Suraxanı rayonunda yaşayan Ziba Alxasova evində sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Z.Alxasovanın həyatını qurtarmaq mümkün olmayıb. Zəhərlənən qadın xəstəxanada dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə