Azərbaycanda uzun müddət oğurluqla məşğul olan şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya bildiriblər ki, Səbail RPİ CAŞ, 8-ci PB və ÇPA əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Fuad Hüseynov yaxalanıb.
Müəyyən edilib ki, o, 2013-cü il dekabrın 28-də Badamdar küçəsində yaşayan Soltan Qəribova məxsus "VAZ-2106" markalı avtomobildən akkumulyator, bu il aprelin 21-nə keçən gecə Qazolin küçəsində yerləşən Neft Qaz Texniki Xidmətlər Şirkətinin anbarından tikinti alətləri, avqustun 3-də Şıx çimərliyində Famil Məmmədovun, Sevindik Şirinovun pulunu, mobil telefonu, geyim əşyalarını, avqustun 9-da Salyan yolunda yaşayan Turqut Əhmədovun evindən mobil telefon, avqustun 13-də isə həmin ərazidə yerləşən kafedə Elvin Babayevin cibindən mobil telefonu oğurlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB