Yeniyetmənin "fərasətləri" üzə çıxdı

Yeniyetmənin "fərasətləri" üzə çıxdı

Bakıda yeniyetmənin bir sıra cinayətləri aşkarlanıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dilşad Əhmədovaya məxsus noutbuku, Elnarə Katibliyə məxsus mağazadan pul, noutbuk və 26 ədəd tutuquşu, Sevil Sadıqovaya məxsus dərzi atelyesindən geyim və məişət əşyaları, habelə Valeh Əliyevə, Mahir Hüseynova və Rahil Səfərova məxsus avtomobillərdən pul, mobil telefon və sənədlər oğurlamış Ağsu rayon sakini, 14 yaşlı Ə.B. saxlanılıb, izahatı alındıqdan sonra buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə