Sanatoriya binası yandı

Abşeronda sanatoriya binasında yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda dördmərtəbəli sanatoriya binasının üçüncü mərtəbəsində ümumi sahəsi 30 kv.m olan otağın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Qonşu otaqlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə