Küçədə yıxılıb öldü

Bakıda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. SİA-nın xəbərinə görə, bu barədə Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Köhnə Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Vaqif İbrahimov sərxoş halda küçədə yıxılaraq ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə