İki piyada hadisə yerində dünyasını dəyişdi

İki piyada hadisə yerində dünyasını dəyişdi

Ötən gecə saat 01:01 radələrində Bakı-Qazax avtomobil yolunda iki nəfər piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsinin Padar kəndi ərazisində olub. Vurulan piyadalar Muğan qəsəbəsi sakini 1997-ci il təvəllüdlü Əmiraslanov Nahid Rasim oğlu və 1951-ci il təvəllüdlü Lənkəran rayon sakini Həsənov Həsən Əlihəsənoğlunu naməlum avtomobil vurub. Piyadalar hadisə yerində dünyalarını dəyişiblər.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İqbal Mikayıloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə