Əsgərimiz özünü güllələdi

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Mühafizə Alayının əsgərinin ölməsi ilə bağlı məlumat yayıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Biləsuvar rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılan, 1994-cü il təvəllüdlü, sıravi Təhməzli Fərid Aslan oğlu avqustun 18-də saat 19:20 radələrində xidmət etdiyi postda ona təhkim olunmuş silahdan özü tərəfindən açılmış atəş nəticəsində ölüb.

Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə