Qubada 19 yaşlı gənc göldə batdı

Hadisə xilasetmə məntəqəsindən 85 km aralıda nəzarətsiz ərazidə baş verib
Qubada 19 yaşlı gənc göldə batdı

Qubada ötən gün axşam saatlarında 19 yaşlı gənc göldə batıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən məlumata görə, Quba rayonu, Qaraçay kəndində göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 85 km aralıda nəzarətsiz ərazidə) 1995-ci il təvəllüdlü Həzrət Nadir oğlu Səlimov çimərkən batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlayıb.

H. Səlimovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:05-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə