Bakı şəhərində üç evdən pul və qızıl əşyalarını oğurlamış şəxslər tutulublar. SİA bu barədə Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir. Məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fəridə Nəsibovanın, Süleyman Məmmədovun və Vaqif Bayramovun evlərindən pul və qızıl əşyalar oğurlamış Bakı şəhər sakinləri Vahid Həsənov və Əlişan İsmayılov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB