FHN Şirvandakı hadisə ilə bağlı məlumat yaydı

FHN Şirvandakı hadisə ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Şirvandakı intihar hadisəsi ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində ("Əli Bayramlı" sularda xilasetmə məntəqəsindən 700 m sola nəzarətsiz ərazidə) 2 nəfər intihar etmək məqsədilə özünü körpüdən çaya atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Vətəndaşlar xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumat üçün bildirək ki, Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Dilşad Cəbrayılova nəvəsi, 2 yaşlı Tofiq Cəbrayılovla birgə özünü körpüdən Kür çayına atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə