Bakıda dənizdə batan şəxsin meyiti tapılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, avqustun 17-də Sabunçu rayonunda dənizdə ("Fatmayi" sularda xilasetmə məntəqəsindən, təxminən, 900 m məsafədə, nəzarət olunmayan ərazidə) sərxoş halda batan, 1993-cü il təvəllüdlü Elşən İmamverdi oğlu Əliməmmədovun axtarışları başa çatıb.
E.Əliməmmədovun cəsədi FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB