DİN ötən gün aşan avtobusla bağlı xəbər yaydı

DİN ötən gün aşan avtobusla bağlı xəbər yaydı

Daxili İşlər Nazirliyi Bakıda sərnişin avtobusunun aşması nəticəsində iki nəfəriin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat verib.
SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 14-də saat 08 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsinin ərazisində Bakı şəhər sakini Elçin Kazımov idarə etdiyi "İsuzu" markalı avtobusu yolun kənarındakı dəmir hasara vurub.

E.Kazımovun sərnişinlərindən - Saatlı rayon sakini Haqverdi Kərimov və Laçın rayon sakini İlqar İmanov hadisə yerində ölüb, digər 6 sərnişinə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə