Gədəbəydə meşə yandı

Azərbaycanda növbəti dəfə meşə yanğını olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Gədəbəy rayonu, Soyuqbulaq kəndində (rayon mərkəzindən 40 km aralı) meşə təsərrüfatı idarəsinə məxsus ərazidə 20ha sahədə kol-kos yanıb. Meşə ərazisi yanğından mühafizə olunub.

Yanğın saat 20:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə