Piyadanı vurdu

Nəsimi rayonu S. Seyidzadə küçəsində "Renault" markalı avtomobillə 20-25 yaşlı qadın vurulub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə avqustun 13-də saat 22 radələrində baş verib. Belə ki, Bakı şəhər sakini Paşa Rzayev idarə etdiyi "Renault" markalı avtomobillə qadını vurub. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə