Ana oğlunun qisasını aldı
Ötən gün axşam saatlarında Şəmkirin Sabirkənd kəndində qətl hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakini 22 yaşlı Vüqar Əliyev şəxsi münasibətlər zəmnində Zəyəm qəsəbə sakini 20 yaşlı Pərvin Tanrıverdiyevi bıçaqlayıb. Tanrıverdiyev aldığı bıçaq zərbəsindən sonra hadisə yerindəcə dünyasını dəyişib. Vəziyyətdən xəbər tutan Pərvinin anası Səba Tanrıverdiyeva Vüqar Əliyevin yaşadığı ünvana gələrək həmin mənzili yandırıb. Hadisə nəticəsində ümumi sahəsi 169 kvadratmetr olan evin yanar konstruksiyaları külə dönüb. Yanğınsöndürənlərin köməyilə ilə alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Qətli törədən Vüqar Əliyev və mənzili yandırmaqda şübhəli bilinən Səba Tanrıverdiyeva polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com