Daxili İşlər Nazirliyi Göyçayda iş adamının qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 13-də Göyçay rayonunun Alpoud kəndində yerləşən un dəyirmanında, oranın sahibi Sahib Abbasovun ov tüfəngindən açılmış atəşlə qətlə yetirilmiş meyiti tapılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Göyçay Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB