7 min manatlıq oğurluq

Bakıda mənzildən xeyli miqdarda pul oğurlayan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, iyunun 9-da Şərifzadə küçəsində yaşayan Tahir Fərəcovun evindən açar seçmə yolu ilə 7 min manat oğurlanıb.

Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, 1993-cü il təvəllüdlü Faiq Ağayev və 1988-ci il təvəllüdlü Oktay Tahirov saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə