Milli Parkda yanğın söndürüldü

Milli Parkda yanğın söndürüldü

Hirkan Milli Parkında baş verən yanğının qarşısı alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Hirkan Milli Parkının Sefidor meşəbəyliyinin 24-cü dolayında baş vermiş yanğın saat 20:30 radələrində söndürülüb.

Yanğının qarşısının alınmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin
Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və helikopteri cəlb edilib.

İlkin hesablamalara görə yanğın 0,5 hektardan artıq ərazini əhatə edib.
Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə