Bakıda avtobus qəzası 2 nəfər ölüb

Bakıda avtobus qəzası 2 nəfər ölüb

Bakıda baş verən avtobus qəzasında xəsarət alanların adları məlum olub. SİA-nın xəbərinə görə, 3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumatda bildirilir ki, qəza nəticəsində avtobusda olan sərnişinlərdən 52 yaşlı Dilarə Alagözova, 27 yaşlı Roman Hacıyev, 21 yaşlı Ayşən Eminova, 43 yaşlı İlahə Babayeva, 19 yaşlı Fuad Kazımov və 17 yaşlı Cəmilə Şükürlü müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olublar.

Qəza nəticəsində xəsarət alanlardan daha bir nəfər xəstəxanada dünyasını dəyişib və ölənlərin sayı ikiyə çatıb.

Qeyd edək ki, bu gün tikilməkdə olan Olimpiya Stadionu qarşısında 148 saylı xətt üzrə hərəkət edən marşrut idarəetməni itirərək, aşıb. Qəza səbəbindən şəhər istiqamətində böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə