Astarada minik maşınları toqquşub, ölən var

Astarada minik maşınları toqquşub, ölən var

Astara rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Astara Rayon Polis Şöbəsindən SİA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə avqustun 12-də axşam saatlarında Ərçivan-Şüvi şose yolunda qeydə alınıb. Rayonun Şüvi kənd sakini, 1955-ci il təvəllüdlü Vaqif Sadıqovun idarə etdiyi "Geely" markalı, 90 NA 502 dövlət nömrə nişanlı minik avtomobili Astaranın Ərçivan kənd sakini, 1960-cı il təvəllüdlü Şıxəli Əfzəlovun idarə etdiyi "VAZ-21099" markalı, 10 DF 869 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində "VAZ-2109"-un sürücüsü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib,

Faktla bağlı araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə