Oğuz rayonu, Xacmaz kəndində meşə təsərrüfatına məxsus ərazidə 5 ha sahədə qurumuş ağaclar, ağac budaqları, və kol-kos yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğının söndürülməsinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 50 nəfər yanğınsöndürəni, 4 ədəd yanğın avtomobili və 30 nəfər meşə təsərrüfatının işçiləri cəlb olunub.
Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB