Ukraynada öldürülən Azərbaycanlı iş adamının meyiti tapıldı

Ukraynada öldürülən Azərbaycanlı iş adamının meyiti tapıldı

Ukraynanın Luqansk vilayətində separatçılar tərəfindən öldürülən Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini, tanınmış iş adamı Telman Cəfərovun meyiti tapılıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, iş adamının meyiti artıq Azərbaycana təhvil verilib.

Meyitin üzərində yanma izləri olduğundan onun öldürülməsindən sonra avtomobillə birgə yandırıldığı iddia olunur.

Xatırladaq ki, iyulun 30-da Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Sədi oğlu Cəfərov separatçılar tərəfindən güllələnərək öldürülüb. Hadisə axşam saatlarında Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə